Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr - Şəhidlərimizin Anım Günündə xalqa müraciəti oldu. Xalqımız Şanlı Zəfər tarixinin memarı olan Prezident İlham Əliyevin çıxışlarını, xalqa müraciətini 44 günlük haqq savaşımızda da hər an səbrsizliklə və qürur hissi ilə gözləyirdi. Çünki hər müraciətdə torpaqlarımızın işğaldan azad olunması xəbəri ilə biz sevindik. 30 ilə yaxın bir müddət idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Ölkə Prezidenti İlham Əliyev cənabları Dağlıq Qarabağ münaqişəsini mümkün qədər dinc vasitələrlə və beynəlxalq hüquq normalarına uyğun olaraq həll etmək xəttinə üstünlük verirdi. Eyni zamanda Azərbaycanın öz torpaqlarından heç vaxt imtina etməyəcəyi ilə bağlı qətiyyətli mövqe də nümayiş etdirirdi. Ancaq bu müddət ərzində aparılan danışıqlar heç bir müsbət nəticə vermədi. BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması haqqında dörd qətnaməsi icra olunmadı, kağız üzərində qaldı. 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində törədilmiş hərbi-təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslərimiz həlak olmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya və zirehli texnikalardan istifadə edərək bütün cəbhəboyu hücuma keçdilər. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında əks-hücum əməliyyatı həyata keçirildi. Qısa müddətdə rəşadətli ordumuz düşmənin 30 il ərzində hazırladığı və möhkəmliyi, keçilməziyi ilə öyündüyü müdafiə xəttini yardı, dağlarda qurduğu yeraltı istehkamları darmadağın etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordu qurulucuğu sahəsində mühüm işlər görüldü. Ordumuz müasir silahlarla bütün maddi-texniki bazayla təmin olundu. Güclü iqtisadiyyatımız və müzəffər ordumuzun hərbi peşəkarlığı bizə bu qələbəni daha yaxın etdi. Ordu quruculuğu ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi. 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövləti bütün şəhərlər və kəndlərimizi viran qoyaraq tarixi maddi və mədəniyyət abidələrimizi məhv etmişdir. Milli sərvətlərimizi və resurslarımızı talan etmişdirlər. 44 gün “Dəmir Yumruq” əməliyyatı adı altında davam edən Vətən Müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. İşğal altında olan ərazilərimiz azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük döyüş əməliyyatları dövründə Ali Baş Komandan, xalq, ordu birliyi düşməni lərzəyə salan əzəmətli qüvvəyə çevrildi. Dilindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları vətən uğrunda müqəddəs müharibəyə qoşulmuşdu. Bu müharibə bizim şanlı zəfər tariximizdir. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə yanaşı şəhidlərimizin və mülki insanlarımızın da qisasını almış oldu. Bu gün hər birimiz qalib ölkənin vətəndaşları kimi sevinc və qürur hissi keçiririk. Əldə etdiyimiz bu qələbəyə görə Ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla müzəffər ordumuza borcluyq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirik. Akif Rüstəmov,Xocalı rayon ziyalısı